NATO və Azərbaycan enerji təhlükəsizliyi üzrə dialoq keçirir
Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə xəbər verib
NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilir.
Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə twitter hesabında yazıb.
"NATO ilə Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə Daimi Nümayəndələrin Müavinləri Komitəsinin yeni formatı üzrə dialoq başlayıb. Bu dialoq çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov NATO-nun qərargahında səfərdədir. Cənab Soltanov həm NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və NATO-nun Enerji Təhlükəsizliyi şöbəsinin rəhbəri Maykl Ruhle ilə həm də Daimi Nümayəndələrin Müavinləri Komitəsi (Deputy Permanent Representatives Committee) formatında müttəfiqlərlə görüşlər keçirəcək", - deyə Cəfər Hüseynzadə qeyd edib.