Naxçıvanda 40 tona yaxın çətənə bitkisi məhv edilib
Muxtar respublikanın Daxili İşlər Nazirliyi xəbər verir

Naxçıvanda 40 tona yaxın yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.
Muxtar respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanmış ümumi çəkisi 40 tona yaxın olan 559 min ədəd yabanı halda bitmiş çətənə kolu yandırılaraq məhv edilib.