Naxçıvanda əhalinin sayı artıb
Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsi məlumat yayıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb.
Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 1 iyun 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2675 nəfər və ya 0,6 faiz artaraq 469 460 nəfər olub.