XƏBƏRLƏR / Hərbi

Nazir müavinləri Gürcüstanda hərbi əməkdaşlığı müzakirə etdi

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Nazir müavinləri Gürcüstanda hərbi əməkdaşlığı müzakirə etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor cənab Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirovun Gürcüstanda işgüzar səfəri davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Müdafiə Nazirliyinin rəhbər heyəti Tbilisi şəhərində yerləşən “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib.

    Mərkəzdə keçirilən görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.