XƏBƏRLƏR / Hərbi

Pakistanda hərbi helikopter qəzaya uğrayıb

Bütün heyət həlak olub

Pakistanda hərbi helikopter qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanda ordu aviasiyasının "Mi-17" helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub.

    Pakistanın xəbər agentlikərinə görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.

    "Göyərtədəki bütün şəxslər həlak olub. Sağ qalan yoxdur", - bəyanatda qeyd olunub.

    Aviaqəzanın təfərrüatları aydınlaşdırılır.