ABŞ-Pakistanın Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlığı
Özbəkistan Müdafiə Nazirliyi xəbər verir
Özbəkistan Müdafiə Nazirliyi xəbər verir ki, Daşkənddə ABŞ, Pakistan və Mərkəzi Asiya ölkələrinin Baş Qərargah rəislərinin görüşü baş tutub. Regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri müzakirə olunub.
Sentyabrın 26-da Özbəkistanın müdafiə naziri Bahodur Qurbanov ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl "Erik" Kurillanı qəbul edib.
CENTCOM Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya regionlarında hərbi əməliyyatların baş verəcəyi təqdirdə əməliyyatların planlaşdırılmasına və ABŞ qüvvələrinin istiqamətləndirilməsinə cavabdehdir.