XƏBƏRLƏR / Hərbi

Ordumuz Slovakiya istehsalı olan ən yeni topları qəbul edib

Bu barədə Türkiyə mənbələri xəbər verib

Ordumuz Slovakiya istehsalı olan ən yeni topları qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ordusu Slovakiyadan sifariş edilmiş L-45 DITA 155 mm çaplı özüyeriyən haubitsaların ilk partiyasını qəbul edib.

    Bu barədə Türkiyə mənbələri "X" sosial şəbəkəsində yerləşdirilmiş kadrlara istinadən məlumat yayıb. 

    Aşağıdakı cədvəldə DİTA-nın Fransanın "Caesar" və Rusiyanın "Malva" özüyeriyən artileriya qurğuları ilə müqaisəli göstəriciləri verilib:

    - TATRA T815 8x8 platformasında quraşdırılmış haubitsaların ən son modernləşdirilmiş versiyası Azərbaycana gəlib.

    - Silahlar tam avtomatik atəşə nəzarət sistemi ilə təchiz olunub: onların ekipajı yalnız sürücü və komandirdən ibarətdir.

    - Bu modelin atəş gücü və manevr qabiliyyəti əvvəlki versiyalardan daha yüksəkdir.

    Qeyd edək ki, bir neçə ay əvvəl Slovakiya nəşrlərindən biri Azərbaycanın bu ölkədən 70 ədəd DITA L-45 alması barədə məlumat yayıb.