BLOQ

Necə oldu ki, Kiyev Komandirlər Məktəbinin məzunu oldum?

41 il əvvəl baş verən hadisədən danışıram

Necə oldu ki, Kiyev Komandirlər Məktəbinin məzunu oldum?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Biz azərbaycanlılar bunları yaşadıq və öz gözlərimizlə gördük!

    İndiki kimi yadımdadır! 1982-ci il iyul ayının 16-sı idi! Kiyev Hərbi Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul imtahanı verirdim. Fizikadan “3” almışdım. Praktiki cəhətdən düz yazmışdım, ancaq nəzəri cəhətdən teoremi cətinliklə deyə bildim.

    Məktəbə 3000 adam sənəd vermişdi. Qəbul üçün isə 900 nəfər nəzərdə tutulurdu. Bu adamlarin coxu Suvorov adına texnikumdan və C.Naxçıvanski kimi xüsusi məktəblərdən idi - onlar imtahansız qəbul olunurdu. Qalan kim ilə tanış olurdum, onların da 90 faizi SSRİ ordusunda yüksək vəzifə tutan, diviziya, korpus və müxtəlif yüksək vəzifədə xidmət edən polkovnik, generallar övladları idilər. Kamçatkadan tutmuş, Leninqrada (indiki Sankt Peterburq) kimi bütün yerlərdən var idi!

    Fikirləşdim ki, 100 faiz “konkurs”a düşəcəyəm, çünki bu cür nəhəng hərbçi övladlarının qarşısında durmaq mümkun deyil. Hamısı da tapşırılmışdı. Komissiya üzvləri 20 nəfər yüksək, ali rütbəli general və polkovniklərdən, partiya şöbəsindən olan zabitlər idi. İçəri keçən kimi kurs rəhbərim məruzə etdi, yəni elə məruzə etdi ki, guya mənə görə vaxt itirməyinə dəyməz. Mən başqalarına nisbətən Fizikadan zəifəm və çıxmalıyam. Sükut…

    Kiyev Hərbi Dairəsinin Qərargah rəisi, həm də komisiyanin sədri general-polkovnik Fomin qəfil ayaga qalxaraq komissiya üzvlərinə belə bir müraciət etdi: “Yoldaş zabitlər! Mən başa düşürəm, bu oğlan zəifdir, amma heç vaxt yaddan cıxarmayın ki, o, Heydər Əliyevin YERLİSİDİR (Zemlyak)! Belə də dedi, məni Kiyev Hərbi Ali Ümümqoşun Komandirlər Məktəbinin tələbəsi olmağım munasibətilə təbrik etdi və mən çıxdım.

    Doğum günün mübarək, DAHİ İNSAN!