XƏBƏRLƏR / Hava

Neft Daşlarında dalğanın hündürlüyü 3.7 metrə çatıb

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb

Neft Daşlarında dalğanın hündürlüyü 3.7 metrə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Hidrometeorologiya Xidmətinin noyabrın 18-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb.

    Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 16, Quba, Gədəbəydə 10, Qusar, Şəkidə 6, Ordubad, Xaltan, Şahdağda 5, Göygöl, Şahbuz, Zaqatala, Altıağac, Qrızda 4, Daşkəsən, Gəncə, Şamaxı, Qobustanda 3, Naxçıvan, Şərur, Culfa, Şabran, İsmayıllı, Mingəçevir, Lerikdə 2, Tərtər, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Xaçmaz, Salyan, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

    Qar örtüyünün hündürlüyü Şahdağda 2, Qrızda 1 santimetr olub.

    Ağdam, Şamaxı, Qobustan, Qrızda duman müşahidə olunub.

    Noyabrın 17-də şimal-qərb küləyi arabir Ağdamda 25 metr/saniyə, Tovuz, Neftçalada 20 metr/saniyə, Naftalan, Ceyrançöl, Astara, Lənkəranda 18 metr/saniyə, Göygöldə 16 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 28 metr/saniyəyədək güclənib.

    Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb.

    Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək isti, Aran rayonlarında 21 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.