XƏBƏRLƏR / Neft və Qaz

Neft get-gedə bahalaşır

Azərbaycan neftinin qiyməti rekord vurur

Neft get-gedə bahalaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qlobal əmtəə bazarlarında neft yeni həftəyə 10 dollara yaxın bahalaşma ilə başlayıb.

    ABŞ-ın WTI markalı neftinin NYMEX birjasında ticarət olunan may fyuçersləri 1,71% və ya 1,70 dollar artaraq 101,34 ABŞ dollarına yüksəlib.

    Brent markalı neftin ICE birjasında ticarət olunan may fyuçersləri isə 2,65% və ya 2,98 dollar bahalaşaraq 115,55 ABŞ dolları səviyyəsində yüksəlib.

    Qeyd edək ki, Brent neftinin ötən həftə üzrə birjada bağlanış qiyməti 105 dollar civarında olub.

    Xatırladaq ki, bazar iştirakçıları Yaxın Şərqdə gərginliyin artması və xüsusilə Hörmüz boğazı ətrafında mümkün təchizat risklərini qiymətləndirirlər. Bu da neftin qiymətinə birbaşa təsir edir.

    "Oilprce" agentliyi xəbər verir ki, "Azeri Light" neftinin 1 bareli son satışlarda 2,57% və ya 3,18 ABŞ dolları bahalaşaraq 127,12 ABŞ dollarına satılıb.