XƏBƏRLƏR / Fəlakət

Nepalda daşqında ölənlərin sayı 626 nəfərə çatıb

2426 insan itkin düşüb, onların arasında ən azı 517 xarici vətəndaş var / VİDEO / YENİLƏNİB

Nepalda daşqında ölənlərin sayı 626 nəfərə çatıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 09:58

    Nepalda daşqın nəticəsində itkin düşənlərin sayı 2426 nəfərdir Bu barədə Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin məlumatında bildirilib.

    VİDEO

    Xilasetmə əməliyyatına 14 min 889 nəfər cəlb olunub. Yerüstü əməliyyatlar zamanı 4350-dən çox insan xilas edilib.

    Ümumilikdə 626 nəfərin cəsədi tapılıb.

    Axtarış-xilasetmə əməliyyatı davam edir.

    ***

    09:24


    Nepalın şimal bölgələrində baş vermiş daşqın nəticəsində ölənlərin sayı 616-ya çatıb.

    BBC xəbər verir ki, polisin son hesabatında 616 cəsədin tapıldığı, 1924 insan itkin düşüb. Onların arasında ən azı 517 xarici vətəndaş var.

    Tibetdə (Çin) isə ən azı yeddi nəfər ölüb, 554 nəfər itkin düşüb.

    Yerli rəsmilər bildiriblər ki, çökmüş buzlaq böyük daşqın dalğasına səbəb olub. Daşqınlar evləri və yolları dağıdıb və Nepal-Tibet sərhəd keçid məntəqəsini dağıdıb.

    ***

    28 avqust 2026-cı il

    14:42


    Nepal-Çin sərhədində torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 547 nəfərə çatıb.

    BBC-nin xəbərinə görə, bu barədə Nepalın dövlət qurumları məlumat yayıb.

    Məlumata görə, 977 nəfər, o cümlədən 517 xarici vətəndaş itkin düşüb. 100-dən çox xarici vətəndaşın xilas edildiyi qeyd olunub.

    Çin mediası ölkədə təbii fəlakət nəticəsində ölənlərin sayının 5 nəfər olduğunu bildirir.

    Nepalın Çinin Tibet bölgəsi ilə sərhədində yerləşən su bəndi isə dağılıb.

    ***

    08:15

    Nepalın şimalında daşqın nəticəsində həlak olanların sayı 469 nəfərə çatıb.

    Bu barədə Nepal polisi məlumat yayıb.

    Hüquq-mühafizə orqanlarının son hesabatına görə, 469 nəfərin cəsədi tapılıb, ümumilikdə 1545 nəfər yaralanıb.

    Axtarış-xilasetmə əməliyyatları davam edir. Nepal Ordusu, Silahlı Polis Qüvvələri və Milli Polisdən ümumilikdə 13 min 295 təhlükəsizlik işçisi səfərbər edilib.

    VİDEO

    "Vəziyyət çətin olaraq qalır. Bütün dövlət qurumları gücləndirilmiş iş rejimində işləyir. Hazırda əsas prioritetimiz sağ qalan hər bir vətəndaşın həyatını xilas etmək, itkin düşmüş insanları axtarmaq, yaralılara tibbi yardım göstərmək və fəlakətdən zərər çəkmiş ailələrə təcili yardım göstərməkdir", - deyə Nepalın Baş naziri Balendra Şah bildirib.

    Qeyd edək ki, Nepalın Rasuva rayonunda, ölkənin Çin ilə sərhədi yaxınlığında çayda suyun səviyyəsinin qəflətən qalxması nəticəsində güclü daşqın baş verib. Nəticədə çayın sahilində yerləşən yaşayış məntəqələri, Çin-Nepal sərhəd-keçid məntəqəsi, habelə tikilməkdə olan su elektrik stansiyası və yollar suyun altında qalıb.

    Təxminən 500 xarici vətəndaş da daxil olmaqla yüzlərlə insan itkin düşüb.