XƏBƏRLƏR / Siyasət

Netanyahu Azərbaycana səfərini təxirə salıb

Ləğvin əsl səbəbi nədir?

Netanyahu Azərbaycana səfərini təxirə salıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfərini təxirə salıb.

    "The Times of Israel" qəzeti xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.

    "Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərini başqa tarixə keçirmək qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir", - Dəftərxananın məlumatında deyilir.

    Bununla belə, "Walla" xəbər saytı İsrail mənbələrinə istinadən bildirib ki, ləğvin əsl səbəbi Türkiyənin Netanyahunun təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməməsidir. Qeyd edək ki, aprelin 30-da Türkiyə tərəfinin Netanyahuya hava məkanından icazə verilməsi barədə xəbər yayılmışdı.

    Noyabr ayında Israil Prezidenti İsaak Hersoqun Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim konfransına planlaşdırılan səfərini ləğv edilmişdi, çünki Türkiyə İsrailin dövlət təyyarəsinin ölkənin hava məkanından keçməsinə icazə verməmişdi.

    Qeyd edək ki, İsrailin Baş naziri Netanyahunun Azərbaycana səfəri 7-8 may tarixlərində nəzərdə tutulmuşdu.