XƏBƏRLƏR / Münaqişə

Netanyahu etirazçılara müraciət edir

Bütün nümayişçilər məsuliyyətli davranmağa və zorakılıqdan çəkinməyə çağırılıb

Netanyahu etirazçılara müraciət edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin baş naziri Benyamin Netanyahu ölkədə hüquq islahatlarına qarşı kütləvi etirazları və ümummilli tətili şərh edib. İsrail mediası xəbər verir ki, o, martın 27-də müvafiq bəyanatla çıxış edib.

    "Qüdsdəki bütün nümayişçiləri, sağçıları da, solçuları da məsuliyyətli davranmağa və zorakılıqdan çəkinməyə çağırıram. Biz qardaşıq", - o vurğulayıb. 

    Qeyd edək ki, Hakimlərin təyinatı üzərində İsrail hökumətinə nəzarətin verilməsini və Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan məhkəmə islahatları yəhudi dövlətində kütləvi etirazlara səbəb olub. Hakimiyyətin planlarından narazı olanlar artıq 3 aydır ki, mitinqlər keçirirlər. Kütləvi etirazlar həftə sonu polislə toqquşmalara çevrildi, polislər bir neçə dəfə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməyə məcbur oldular. Ümummilli etiraz dalğası müdafiə naziri Yoav Qalantın işdən çıxarılmasından sonra daha da artıb. Nazirin istefası onun Netanyahu hökumətini qanunun qəbulu prosesini dayandırmağa çağırması ilə bağlı olub.