XƏBƏRLƏR / İctimaiyyət

Netanyahu geri addım atdı

İslahatlar dayandırılır

Netanyahu geri addım atdı
B.Netanyahu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin baş naziri Binyamin Netanyahu etirazlar fonunda məhkəmə islahatlarını dayandıracağını açıqlayıb. Bu barədə TASS məlumat yayıb.

    Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.