"New Glenn" raketinin sınağı zamanı partlayış baş verib
Hadisə NASA-nın "Spaceflight" portalında yayımlanıb VİDEO
"Blue Origin" şirkətinin "New Glenn" ağır qaldırıcı raketi Floridada keçirilən mühərrik sınağı zamanı partlayıb.
Hadisə NASA-nın "Spaceflight" portalında yayımlanıb.
Dərc olunmuş görüntülərdə sınaq zamanı baş verən güclü bir partlayış göstərilir. İlkin məlumatlara görə, hadisə yerli vaxtla saat 21:00 radələrində baş verib.
"Blue Origin" şirkəti sınaq zamanı "anomaliya"nın baş verdiyini təsdiqləyib. Şirkət işçiləri arasında xəsarət alan olmadığını açıqlayıb.
Qeyd etmək lazımdır ki, "New Glenn" raketi "SpaceX"in buraxılış vasitələrinə potensial rəqib hesab olunur. "Blue Origin"in ilk buraxılışı 2025-ci ilin yanvar ayında baş tutub.
"Blue Origin" şirkəti amerikalı milyarder Ceff Bezosa məxsusdur.