Nigeriyadakı silahlı hücumda 16 nəfər həyatını itirib
Bu barədə ölkədə həyata keçirilən “Təhlükəsiz liman əməliyyatı”nın sözçüsü Ceyms Oya deyib.

Nigeriyanın Plato əyalətində baş verən silahlı hücumda 16 nəfər həyatını itirib.
Xarici KİV xəbər verir ki, bu barədə ölkədə həyata keçirilən “Təhlükəsiz liman əməliyyatı”nın sözçüsü Ceyms Oya deyib.
Onun sözlərinə görə, ölkənin Muşu kəndində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib. Hücum nəticəsində 16 nəfər həyatını itirib, çox sayda yaralı var.
Hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Oya deyib: “Hücumdan sonra bölgəyə təhlükəsizlik qüvvələri cəlb olunub. Hadisədən sonra iğtişaş yaşanıb, lakin vəziyyət nəzarət alındadır”.
Qeyd edək ki, Nigeriyanın Plato əyaləti son zamanlar silahlıların hücumlarına səhnə olub. Dekabrın 5-də ştatda baş verən hücumda 11 nəfər öldürülüb.