"Nikosayağı” ləqəbli blogerə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi proses keçirilib
"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Nicat Şakirli barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, dövlət ittihamçısı Nicat Şakirlinin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.