XƏBƏRLƏR / Hava

Növbəti 4 gündə havanın temperaturu 41 dərəcəyə çatacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Növbəti 4 gündə havanın temperaturu 41 dərəcəyə çatacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

    Bildirilib ki, iyulun 12-15-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.