XƏBƏRLƏR / Hava

Bakıda güclü külək əsəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib

Bakıda güclü külək əsəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda və Abşeron yarımadasında fevralın 5-i gündüzdən 06-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-sı gündüz isə qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə ETSN Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var.

    Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.