XƏBƏRLƏR / Hava

Növbəti iki gündə bəzi rayonlarda yağış və sulu qar yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Növbəti iki gündə bəzi rayonlarda yağış və sulu qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 16-sı Azərbaycanın şərq rayonlarından başlayaraq 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

    Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.