15:59
Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Açarların təqdim olunması mərasimində Prezidentin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bu mərhələdə şəhərə Bakı və Gəncə şəhərləri, həmçinin ölkənin bölgələrindən 27 ailə (113 nəfər) köçürülüb. Sakinlər arasında 16 təqaüdçü, 3 azyaşlı, 25 şagird və 3 müharibə veteranı da yer alır. Bununla da Kəlbəcərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 162 (680 nəfər) ailənin qayıdışı təmin olunub.

***
15:15
Kəlbəcərə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

Bu mərhələdə şəhərə 27 ailənin (113 nəfər) qayıdışı təmin edilib.
Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
11:52
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.

Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.
İllərlə məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər üçün bu gün həm kədərli xatirələrin silindiyi, həm də böyük qürurun yaşandığı andır. Sakinlər bildirirlər ki, 1993-cü ilin aprelin 2-də yurdlarından ağır şəraitdə çıxmağa məcbur qaldıqları halda, 33 il sonra — elə həmin təqvim günündə Kəlbəcərə qalib bir xalqın nümayəndələri kimi qayıdırlar.
Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Kəlbəcər sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1066 nəfər (270 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 528 nəfər (135 ailə)
Aşağı Oratağ - 368 nəfər (81 ailə)
Çapar- 135 nəfər (37 ailə)
Heyvalı - 192 nəfər (43 ailə)
Çıldıran - 107 nəfər (26 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1034 nəfər (232 ailə)
Təzəbinə - 646 nəfər (146 ailə)
Xanyurdu - 445 nəfər (126 ailə)
Şuşakənd - 418 nəfər (110 ailə)
Badara - 266 nəfər (73 ailə)
Seyidbəyli - 251 nəfər (69 ailə)
Daşbulaq - 109 nəfər (26 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 1073 nəfər (293 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 509 nəfər (137 ailə)
Hadrut - 229 nəfər (56 ailə)
Qırmızı Bazar - 686 nəfər (162 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 114 nəfər (25 ailə)
Xocavənd - 130 nəfər (31 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
Kərkicahan - 140 nəfər (35 ailə)
Cəmi: 29 507 nəfər
5 dəqiqə