XƏBƏRLƏR / Hava

Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb

Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

    Məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.