Novruz və Ramazan bayramlarının qeyri-iş günləri elan edilib
Müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri elan edilib
Azərbaycanda iş və qeyri-iş günləri dəyişdirilib. Müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, iş günlərinin və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə 2025-ci il martın 27 və 28-də iş günləri martın 10-u və aprelin 1-i istirahət günləri ilə dəyişdirilir.
Azərbaycanda Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixləri qeyri-iş günü elan edilib. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə düşdüyü üçün martın 25-i və 26-sı qeyri-iş günü hesab olunacaq. Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.
Bundan əlavə, bu il 30-31 mart Ramazan bayramı ilə əlaqədar Azərbaycanda qeyri-iş günü olacaq.