Aralıq dənizində gəmi batdı
Həyatını itirənlərin miqrantlar olduğu məlum olub
Aralıq dənizində, İtaliyanın Lampeduza adası yaxınlığında gəminin batması nəticəsində azı 40 nəfər həlak olub.
Bu barədə "Today Times Live" yazıb.
Həyatını itirənlərin miqrantlar olduğu məlum olub. Xilasedicilər işlərini davam etdirir.
4 nəfərin gəmidən sağ çıxdığı deyilir. Qəzanın səbəbləri araşdırılır.