Novxanı-Pirşağı kanalizasiya kollektorunun inşası başlayır
Məlumat Dövlət Su Təsərrüfatı Agentliyindən verilib FOTO
Oktyabrın 14-də Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılacaq.
Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyindən verilən məlumata görə, layihə Abşeronun kəndlərində tullantı sularının kənarlaşdırılması üçün 32 km uzunluğunda kollektorun çəkilməsi və nasos stansiyasının tikintisini nəzərdə tutur.

Yeni infrastruktur yağışlar zamanı daşqın riskini azaltmağa, Kürdəxanı və Zabrat göllərinin, eləcə də sahil zonasının ekoloji vəziyyətini yaxşılaşdırmağa kömək edəcək.
1 dəqiqədən az