Nyu-Dehlidə dəhşətli parlayış: 8 ölü, 20-dən çox yaralı FOTO
Bu barədə Hindistan mətbuatı xəbər yayıb
Yeni Dehlidə,bir avtomobil partlayışı səkkiz nəfərin ölümünə səbəb olub, 20-dən çox insan yaralanıb. Hindistan mediası bu barədə məlumat verib.
Polis hadisənin yerində toplanan izdihamı təmizləməyə çalışıb.

Hadisə Hindistan paytaxtında ən çox ziyarət edilən turist məkanlarından biri olan tarixi Qırmızı qala yaxınlığında baş verib.

Hindistanda Lal Qala kimi tanınan Qırmızı Qala 17-ci əsrdə inşa edilib və Muğal dövrünə aiddir. Köhnə şəhərdə yerləşən və il ərzində turistlər tərəfindən ziyarət edilən ən populyar məkandır.

15 yanğınsöndürmə briqadası yerindədir, ərazi polis tərəfindən bağlanıb və ərazidə nəqliyyatın gediş-gəlişi məhdudlaşdırılıb.

1 dəqiqədən az