XƏBƏRLƏR / Kriminal

Nyu-Yorkun Bruklin bölgəsində atışma: 3 nəfər ölü, 11 yaralı

Bu barədə yerli media xəbər verir FOTO

Nyu-Yorkun Bruklin bölgəsində atışma: 3 nəfər ölü, 11 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nyu-York ən iri Bruklin bölgəsində atışma: 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

    Yerli media bir neçə hücumçunun olduğunu yazır. Hücum edənlər qaçmağa müvəffəq olublar.

    "Öldürülən üç nəfərin hamısı 27, 35 yaşlarında olan kişilərdir və birinin yaşı hələ məlum deyil," -  polislər bildiriblər. Hər üçünün hadisə yerində öldüyü məlum olub.

    Atışma Bruklinin Franklin prospektində yerləşən restoranlardan birində baş verib. Yaralılar yerli xəstəxanalara çatdırılıb. Ən yaşlı yaralının 61 yaşı var.

    Atışma yerindən ən azı 36 giliz tapılıb və bunun izdihamlı restoranda mübahisə nəticəsində yarandığı bildirilir.

    Hadisə baş verən ərazi polis əməkdaşları və təcili yardım maşınları ilə doludur.
    Polis atəş açan şəxsin (ya şəxlərin) müəyyən edilərək tutulması üçün araşdırmalara başlayıb, o (ya onlar), hazırda azadlıqdadır.