Nyu-Yorkda yeni diaspor təşkilatı yaradılıb
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib
ABŞ-ın Nyu-York şəhərində Azərbaycan-Amerika Gənclər Federasiyası (Azerbaijani-American Youth Federation) təşkilatı təsis edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Kolumbiya Universitetində beynəlxalq təhsil və qlobal idarəçilik ixtisası üzrə təhsil alan həmyerlimiz Günay Məmmədovanın təşəbbüsü ilə yaradılan təşkilat ABŞ-ın Şərq sahili ştatlarında yaşayan gəncləri, tələbələri, məzunları və gənc peşəkarları bir araya gətirəcək.
Günay Məmmədovanın sözlərinə görə, artıq yeni təşkilat ABŞ-da rəsmi qeydiyyatdan keçib.
Başlıca məqsəd gənclərin səmərəli fəaliyyət göstərməsinə nail olmaq, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, Azərbaycan mədəniyyəti və dəyərlərini, eləcə də ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır.