Oğuzda silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir
Oğuzda qumbara və sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.