XƏBƏRLƏR / Hava

Ölkə ərazisində yağış, dolu, qar yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Ölkə ərazisində yağış, dolu, qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

    Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.