XƏBƏRLƏR / Neft və Qaz

Ölkədə gündəlik neft hasilatı bir aya 9 min barel azalıb

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında deyilir

Ölkədə gündəlik neft hasilatı bir aya 9 min barel azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 460 min. barel səviyyəsində olub, bu da may ayının göstəricisi ilə müqayisədə 9 min barel azdır.

    Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında deyilir.

    Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

    Beləliklə, Azərbaycan bu ilin mart ayında "OPEC+" çərçivəsində kvotadan 91 min barel geridə qalıb.