Ölkədə narkotik cinayətləri kəskin artıb
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb
Ötən illə müqayisədə Azərbaycanda narkotik cinayətlərinin sayı artıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair hesabatda bildirilib.
2021-ci ilin 10 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2080, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 394, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1672, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21 fakt,qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 47 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1821 nəfər artıb.
Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 349 kq 643,829 qr, qrup halında olan cinayətlərin sayı 5 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı 7 fakt azalmışdır.