XƏBƏRLƏR / Qayıdış

Ombudsman Səbinə Əliyeva Xankəndində erməniləri qəbul edib

Qəbul edilən şəxslərin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva Xankəndində erməniləri qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ombudsman Səbinə Əliyeva Xankəndində erməni əsilli sakinlərlə görüşüb.

    O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin həssas qrupları üçün yaradılmış sığınacaqda olub.

    Ombudsman qurumun ərazisində və ondan kənarda yaşayan, xidmətlərdən istifadə edən erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmin olunması vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Psixoloqlar və sosial işçilər sosial xidmətlərə və sakinlərin qida ilə təmin olunmasına nəzarət ediblər.

    Qəbul edilən şəxslərin müraciətləri dinlənilib, onlar yaradılan şəraitə və onlara göstərilən rəftarla bağlı minnətdarlıqlarını bildiriblər. Səfər zamanı quruma Ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi haqqında məlumatların əks olunduğu plakatlar paylanılıb.