BLOQ

Orbanın Trampla görüşü barədə

Tramp üçün Orban Avropanın lideridir

Orbanın Trampla görüşü barədə
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Dünən Floridada Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni seçilmiş prezidenti Tramp, gələcək milli təhlükəsizlik müşaviri Vals və İlon Maskla görüşüb.

    Bu görüş Parisdəki “beş dəqiqəlik” görüşlərdən daha önəmli oldu. Mən əminəm ki, Tramp üçün məhz Orban Avropanın lideridir, Makron və Brüsseldəkilər yox...

    Tramp Aİ-ni "əlini cibinə salmağa" məcbur etməyə çalışacaq. Makronun "ingilis bayrağı kimi" mövqeyinin dəyişməsi və kilsənin açılışı zamanı özünü necə aparması Trampın Aİ-yə qarşı iddialarına müqavimət göstərməyəcəyini düşünməyə əsas verir. Əksinə, Aİ-də Trampın istəklərinin bələdçisi olmaq üçün rəqabət gedir. Və bu məsələdə hal-hazırda rəqabət Makron və Orban arasındadır.

    Etiraf etmək lazımdır ki, Orbanın bütün mesajları çatdırmaq və Trampın nəyi və necə edəcəyini anlamaq üçün daha çox vaxtı olub.

    Görək Ursula fon der Leyen, Avropanın yeganə xarizmatik lideri kimi, Makronun opportunizminə müqavimət göstərə biləcəkmi.

    Makronun seçimi azdır: Fransanın özündə mövcud siyasi böhran şəraitində Aİ-nin təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürmək Makronun imkanlarından kənardır. Digər tərəfdən, o, Trampın Aİ-ni “zorlayacağını” yaxşı anlayır. Makronun  müqavimət göstərmək fikiri yoxdur, o hələlik bundan “həzz almağı” seçir.

    Orban ənənəvi dəyərlərin tərəfdarıdır, Gürcüstandakı seçkilərdən dərhal sonra Tbilisiyə səfər edib və hakim “Gürcü Arzusu”nu dəstəkləyib, Azərbaycanın və türk dünyasının böyük dostudur, Ermənistanla diplomatik münasibətləri bərpa edib... bunu, Orbanın bölgəyə baxışını xatırlatmaq üçün yazdım...