BLOQ

Ordu sıralarında xidmət təcrübəsi olan deputat

İki güllə yarası alan Fazil Mustafa barədə yazan KİV haqqında

Ordu sıralarında xidmət təcrübəsi olan deputat
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Hərbçi olaraq birinci dəfədir ki, hər hansı bir mülki işə rəy bildirirəm.

    Sözün düzü, mən elə bilirdim, təkcə orduda bütün problem və məsələlər çox qarışıq həll olunur. Sən demə, mülkidə vəziyyət bundan da pis imiş.

    Fazil Mustafanı, baş leytenant olaraq, tağım komandiri kimi Tərtərdən tanıyıram. Çox üzüldüm. Amma məqsədim bu deyil.

    Dünəndən izləyirəm, biri yazır, marketdən çıxanda vurublar, biri yazır, qız övladının yanında vurublar, o birisi
    deyir, Semaşkoya mən apardim, o birisi yazır, Təcili Yardım aparıb, biri başlıq verir: "Şok! Şok! Şok! Görun maşın nə hala düşüb?". Açıb baxırsan, böyrundən bir deşiyi var. O biri yazır ki, qəsdən ayağından və çiynindən vurublar ki, ömur boyu iflic olsun (Fazildən fərqli olaraq, mənə qurşaqdan yuxarı üç ədəd 7,62 dəyib, amma bu gunə kimi iflic deyiləm). O birisi İranı, Turanı, rusu, ermənini günahlandırır.

    Sizin işiniz xəbər verməkdir, cəmiyyəti, polisi caşdırmaq və ya cinayətkarlara informasiya öturmək deyil.

    Səhərə kimi hec kim dəqiq bir xəbər yerləşdirə bilmədi. Nə isə...

    İndi sizdən soruşmaq istəyirəm, Siz jurnalistsiniz, yoxsa..?

    Hər halda mən üç nöqtənin altındakını düşünürəm. Mən deyəndə ki, özlərini media kapitanları adlandıranlar, rayonlarda mal-qoyun ticarəti ilə məşğul olan kim varsa, mətbuata daxil edilib və hərəsi də əlinə bir mikrofon götürüb, məni qınayırsınız.

    Fazil müəllimə Allahdan şəfa diləyir və dua edirəm. Bu deputat ordu sıralarında xidmət edib və cəbhənin ən pis yerində olub. Sözün düzü, o vaxt müdafiə naziri Səfər Əbiyev ondan rəsmən qisas alırdı və həmin pis və olduqca təhlukəli postdan çıxmaga icazə vermirdi. Bu əmr idi.