XƏBƏRLƏR / Hava

Ordubada qar yağıb

Muxtar respublikanın Hidrometeorologiya Mərkəzi xəbər verir

Ordubada qar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Muxtar Respublikasının ərazisində qeyri-sabit hava şəraiti davam edir.

    Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. 3800-3900 metr yüksəklikdə qarın hündürlüyü 15 santimetrə çatıb.