XƏBƏRLƏR / Hava

Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb

Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur

Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dekabrın 13-ü saat 10:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

    Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 santimetr qeydə alınıb.