XƏBƏRLƏR / Hava

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat-sürət tablolarında dəyişiklik edib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

    Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.