Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edilib
İlham Əliyev müvafiq sərəncam imzalayıb
14:17
Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Orxan Səttarovun peşəkar karyerasının mühüm hissəsi “Vestnik Kavkaza” (Qafqazın xəbərçisi) informasiya-analitik agentliyi ilə bağlıdır. O, bu qurumun Azərbaycan bürosunun rəhbəri kimi fəaliyyət göstərərək, ölkənin daxili və xarici siyasəti, iqtisadi inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı məqalə və təhlillərin müəllifi olub.
Bir müddət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan müvafiq qurumlarda ictimaiyyətlə əlaqələr və mətbuat xidməti istiqamətində məsul vəzifələrdə çalışıb.
Orxan Səttarov 2019-cu ildən Prezident Administrasiyasında çalışaraq, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.
Prezidentin mətbuat katibi təyin edilənə qədər o, Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini icra edib.
Qeyd edək ki, Orxan Rəcəb oğlu Səttarov Audiovizual Şuranın sədri İsmət Səttarovun qardaşıdır.
1 dəqiqə