XƏBƏRLƏR / İctimaiyyət

Ötən ay 706 mina və 2 min 628 PHS zərərsizləşdirilib

ANAMA xəbər verir

Ötən ay 706 mina və 2 min 628 PHS zərərsizləşdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

    ANAMA-dan bildirilib ki, avqust ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 565, tank əleyhinə 141 mina və 2 min 628 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Ötən ay ərzində 6481.4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.