XƏBƏRLƏR / İctimaiyyət

Ötən ay 783 mina, 6510 PHS aşkarlanıb

ANAMA hesabat hazırlaylb

Ötən ay 783 mina, 6510 PHS aşkarlanıb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azad olunan ərazilərdə noyabr ayında 208 tank əleyhinə mina, 575 piyada əleyhinə mina, 6510 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

    Məlumata əsasən, 6432,9 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.