Ötən ay Bakıdan İrəvana $2.4 mln dəyərində məhsul gedib
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir
2026-cı ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.
1 dəqiqədən az