XƏBƏRLƏR / Qayıdış

Ötən həftə 62 mina və 468 PHS zərərsizləşdirilib

ANAMA xəbər verir

Ötən həftə 62 mina və 468 PHS zərərsizləşdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumların noyabrın 16-22-də icra etdiyi əməliyyatlara dair məlumat yayıb.

    ANAMA-dan bildirilib ki, hesabat dövründə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları ərazisində əməliyyatlar aparılıb. Nəticədə 46 piyadaəleyhinə, 16 tankəleyhinə mina və 468 digər partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 469,8 hektar ərazi mina və digər partlamamış hərbi sursatdan təmizlənib.