Özbək deputat xanım müstəmləkəçi Duqinin cavabını verdi
Duqin MDB ölkələrinin müstəqilliyinə qarşı çıxıb və onların suverenliyini "zibil" adlandırıb
Qazaxıstanın Ulusmedia portalının məlumatına görə, Özbəkistan Ali Məclisinin (Parlament) üzvü Şahnoza Xolməhmətova Aleksandr Duqinin ölkənin suverenliyi ilə bağlı mübahisəli açıqlamalarına cavab olaraq sərt bir bəyanat yayıb.
Duqin MDB ölkələrinin müstəqilliyinə qarşı çıxıb və onların suverenliyini "zibil" adlandırıb. O, Rusiyanın postsovet məkanında suveren dövlətlərin mövcudluğunu qəbul edə bilməyəcəyini iddia edib. O, bu ölkələr arasında Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Azərbaycan, Ermənistan və Gürcüstanı da qeyd edib.
"Aleksandr Duqin, Özbəkistanın suverenliyinə qəsd etməyin. Ölkəmizin müstəqilliyi ilə bağlı boş danışığınız yalnız sizin üçün problemdir. Bu məsələ sizin və ya sizin kimi birinin müzakirə mövzusu deyil", - deyə özbək millət vəkili bildirib.
Xolməhmətova vurğulayıb ki, Özbəkistan heç vaxt heç kimin "nəzarət zonası" olmayacaq və heç kimin təsdiqinə ehtiyac duymur. "Biz əməkdaşlığa açığıq, amma yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında. Mən Özbəkistan vətəndaşıyam. Mən qadınam. Mən anayam. Mən xalqın nümayəndəsiyəm, millətimin bir hissəsiyəm. Və birmənalı şəkildə bəyan edirəm: suverenliyimizə təcavüzkar hücumlar olarsa, yalnız bir cavab olacaq: daşlarınızı yığıştırın", - deyə deputat bildirib.
1 dəqiqə