Özbəkistan “Şahdəniz” layihəsinə qoşulmaq istəyir
Bu barədə Bakıda səfərdə olan İnvestisiya, sənaye və ticarət naziri Laziz Kudratov deyib
“Uzbekneftegaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda “Şahdəniz” layihəsinə daxil olmasına dair saziş imzalaya bilər. Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov deyib.