XƏBƏRLƏR / Neft və Qaz

Özbəkistan və Azərbaycan birgə əməliyyat şirkəti yaradıblar

Bu barədə Özbəkistanın "Özbəknefteqaz" şirkəti məlumat verib

Özbəkistan və Azərbaycan birgə əməliyyat şirkəti yaradıblar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Özbəkistan və Azərbaycan "Üstyurt" layihəsi üçün əməliyyat şirkəti yaradıblar.

    Bu gün Daşkənddə Üstyurt bölgəsi üçün hasilatın pay bölgüsü sazişini həyata keçirmək üçün Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə birgə yaradılan "Üstyurt" Əməliyyat Şirkətinin ofisinin açılış mərasimi keçirilib. Bu barədə Özbəkistanın "Özbəknefteqaz" şirkəti məlumat verib.

    "Bu tədbir enerji sektorunda təşəbbüslərin həyata keçirilməsində və Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addım oldu", - deyə şirkət bildirib. Yataqda sahə geoloji kəşfiyyatı üçün hazırlıqlar başlayıb.

    "Özbəknefteqaz" həmçinin qeyd edir ki, Üstyurt Əməliyyat Şirkəti ölkənin resurs bazasının genişləndirilməsinə, geoloji kəşfiyyatın səmərəliliyinin artırılmasına və uzunmüddətli enerji sabitliyinin təmin edilməsinə töhfə verəcək. Şirkətin əsas məqsədlərinə müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və sənayenin davamlı inkişafının təşviqi daxildir.