XƏBƏRLƏR / Təbiət

Özbəkistanda 5 bal gücündə zəlzələ olub

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Özbəkistanda 5 bal gücündə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistanın Buxara vilayətinin ərazisində 5 maqnitudalı zəlzələ olub.

    Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:57-də (Bakı vaxtı ilə 02:57-də) baş verib. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib.

    Dağıntı və tələfat barədə məlumat verilməyib.