Pakistan və Əfqanıstan noyabrın 6-da İstanbulda görüşəcəklər
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb
Noyabrın 6-da Pakistan və Əfqanıstan arasında atəşkəsin uzadılması İstanbulda müzakirə olunacaq.
Pakistan və Əfqanıstan 25-30 oktyabr tarixlərində İstanbulda keçirilən danışıqlardan sonra bərpa edilən atəşkəsi qorumaq barədə razılığa gəliblər.
Görüşlərdə Əfqanıstan, Pakistan, Türkiyə və Qətərdən nümayəndələr iştirak edib və məqsəd 18-19 oktyabr tarixlərində Dohada əldə edilən razılaşmanı gücləndirmək olub.

Tərəflər atəşkəsə riayət etməyə davam etmək öhdəliklərini təsdiqləyiblər və əlavə icra parametrlərinin təsdiqlənəcəyi 6 noyabrda İstanbulda yeni rəhbərlik səviyyəsində görüş keçirmək barədə razılığa gəliblər.
Bundan əlavə, razılaşmalara riayət olunmasını təmin etmək və pozanlara sanksiyalar tətbiq etmək üçün monitorinq və yoxlama mexanizminin yaradılması qərara alınıb.
1 dəqiqədən az