XƏBƏRLƏR / Münaqişə

Pakistan və Əfqanıstan arasında toqquşmalar yenə canlandı

Bu barədə Pakistan mənbələri xəbər verir YENİLƏNİR

Pakistan və Əfqanıstan arasında toqquşmalar yenə canlandı
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 15:41

    "Əl-Cəzirə" Pakistan ordusunun mətbuat xidmətinin sözçüsü Əhməd Çaudxri  xəbər verir ki, 228 Taliban üzvü öldürülüb, 314 nəfər yaralanıb. "Taliban"ın 74 postu məhv edilib, 18-i isə ələ keçirilib.

    İyirmi yeddi Pakistan əsgəri yaralanıb.

    ***

    14:50

    Əfqanıstan-Pakistan sərhədində döyüşlər yenidən başlayıb və Nauşera şəhəri yaxınlığındakı Pakistan hərbi bazasına zərbə endirilib.

    ***

    11:24

    Taliban hökumətinin sözçüsü bildirib ki, Pakistan qüvvələri Kabil, Qəndəhar və Pakistanla həmsərhəd olan cənub-şərq əyalət olan Paktiya ərazilərinə hava hücumları həyata keçirib.

    ***

    09:30

    Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif və Prezidenti Asif Əli Zərdari Əfqanıstan Taliban qüvvələri ilə sərhəddə gərginliyin artması fonunda ölkənin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək əzmini təsdiqləyən sərt bəyanatlar veriblər.

    Pakistan mətbuatı xəbər verir ki, ölkə rəhbərliyinin açıqlamaları Pakistan–Əfqanıstan sərhədində baş verən toqquşmalar fonunda səsləndirilib.

    Prezident və Baş nazir bildiriblər ki, Pakistanın istənilən təcavüzə qarşı müdafiəsi məsələsində heç bir güzəştə gedilməyəcək.

    Belə ki, Pakistan qüvvələri Əfqanıstan Talibanı tərəfindən təxribat xarakterli hücumlara cavab olaraq bir neçə əks-zərbə endirib.

    Pakistanın müdafiə naziri Xavaca Asif isə bildirib ki, Kabil şəhərində partlayışlar barədə məlumatların yayıldığı və sərhəd boyu döyüşlərin davam etdiyi bir vaxtda Pakistanla Əfqanıstanda Taliban hökuməti arasında artıq “açıq müharibə” gedir.

    ***

    2026-02-26 21:31

    Əfqanıstan mənbələri xəbər verir ki Taliban qüvvələri Pakistanın son hava hücumlarına cavab olaraq başladılan əməliyyatda 15 Pakistan sərhəd məntəqəsini məhv edib.

    Pakistan tərəfi bu məlumatı feyk adlandıraraq təkzib edib.

    ***

    Pakistan və Əfqanıstan arasında sərhəd bölgəsində yeni silahlı toqquşmalar baş verib.
    Taliban nümayəndələrinin sözlərinə görə, qrup Pakistanla sərhəd boyunca genişmiqyaslı hərbi hücuma başlayıb.

    Məlumata görə, Taliban karvanları Əfqanıstanın Paktika əyalətinə doğru gedərkən müşahidə olunub.

    Həmçinin iddia edilir ki, Pakistanın hava hücumlarından sonra Əfqanıstan tərəfi Pakistanın sərhəd məntəqələrinə cavab zərbələri endirib.

    Daxil olan məlumatlar Pakistanın Kurram, Bajaur və Xayber sərhəd bölgələrində, eləcə də Əfqanıstanın Xost, Nangarhar, Paktika və Nuristan əyalətlərində şiddətli döyüşlərin getdiyini göstərir.

    Son eskalasiya yerli vaxtla saat 20:00 radələrində başladı və Əfqanıstan daxilindəki hədəflərə son Pakistan hava hücumlarına cavab idi. Talibanın 201-ci Müdafiə Korpusunun (terror fəaliyyətinə görə BMT sanksiyaları altında) sözçüsü Xalid bin Valid Pakistan hərbi postlarına qarşı koordinasiyalı hücumun başlandığını təsdiqlədi. Bəyanatda əməliyyatın sərhəd və piyada bölmələrinin məsuliyyət daşıdığı şərq bölgəsini əhatə etdiyi vurğulandı.

    Toqquşmalar zamanı hər iki tərəf artilleriya da daxil olmaqla ağır silahlardan fəal şəkildə istifadə edir. Sahədən gələn məlumatlara görə, Xayber sektorunda snayper qrupları yerləşdirilib və Arand-Çitral bölgəsində iri çaplı silahların istifadəsi qeydə alınıb. Əlavə Taliban gücləndirmə qüvvələri təmas xəttinə gəlməyə davam edir.

    Vizual görüntülərlə təsdiqlənən əməliyyat məlumatlarına görə, nəzarət məntəqələrindən birinə edilən hücumda ən azı üç Pakistan əsgəri öldürülüb.

    Kabil rəsmiləri həmçinin bir neçə Pakistan sərhəd məntəqəsinin ələ keçirildiyini açıqladılar. İslamabad vəziyyəti sabitləşdirmək üçün qüvvə toplamağa davam edir və sərhədi pozmaq cəhdlərinə şiddətli atəşlə cavab verir.