XƏBƏRLƏR / Təbiət

Pakistan və Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı

Zəlzələ 194 km dərinlikdə baş verib və episentri Əfqanıstanın ucqar şimalındakı Bədəxşan əyalətinin yaxınlığında yerləşib

Pakistan və Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstanda baş verən güclü zəlzələ Pakistanda dağıntılara və itkilərə səbəb olub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

    Zəlzələ 194 km dərinlikdə baş verib və episentri Əfqanıstanın ucqar şimalındakı Bədəxşan əyalətinin yaxınlığında, Hindukuş dağ silsiləsində yerləşib.

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,5 ​​bal gücündə olun, Pakistan, Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan və Türkmənistanda təxminən 285 milyon insan tərəfindən hiss edilib.

    Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub.

    Əfqanıstanın şərqində yerləşən Laqman əyalətində isə daha iki nəfər ölüb.

    İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, 44 nəfər yaralanıb.